Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çindəki təyyarə qəzasında 10 saniyəlik müəmma - Yeni detallar - VİDEO

Çindəki təyyarə qəzasında 10 saniyəlik müəmma - Yeni detallar - VİDEO

Tarix: 23 Mart 2022 16:32

Çinin cənubunda dünən baş verən təyyarə qəzası ilə bağlı yeni təfərrüat üzə çıxıb.

Sonxeber.net xezerxeber-ə istinadən xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, hündürlüyün itirilməsi ilə G-qüvvəsi ekipajı sıradan çıxarıb və pilotlar huşlarını itiriblər:

"10-20 saniyə arasında pilotlardan biri və ya hər ikisi özünə gələrək təyyarəni qəzadan xilas etməyə çalışmış ola bilər".

Məlumatlar göstərir ki, təyyarə düşmə anında təxminən 10 saniyə dayanıb və qısa müddətə yenidən yuxarı qalxıb, daha sonra isə sürətlə enməyə davam edib.

Beynəlxalq ictimaiyyətə əks olunan təhlükəsizlik kamerası görüntülərində təyyarənin burnu istiqamətində çırpıldığı anlar həm aviasiya dünyasını, həm də ictimaiyyəti şoka salıb. Onun necə bu formada yerə düşməsi böyük çaşqınlığa səbəb olub.

Dağa çırpılan və böyük yanğına səbəb olan təyyarədəki sərnişinlərin və ekipaj üzvlərinin vəziyyəti ilə bağlı məlumat yoxdur.

Digər tərəfdən, uçuş məlumatlarında diqqətçəkici nəticələr ortaya çıxıb. Qəzaya düşən təyyarənin dəqiqədə bir neçə min fut aşağı enəcəyi gözlənildiyi halda, onun çox qısa müddətdə 30 min futdan çox aşağı endiyi qeyd edilib.

Qəzanın səbəbini öyrənmək üçün "qara qutu"nun axtarışları davam etdirilir.

Qeyd edək ki, Çin aviaşirkətə məxsus bütün "Boeing 737-800"lərin fəaliyyətinin dayandırıldığını bildirib.

Xatırladaq ki, bazar ertəsi "China Eastern Airlines" aviaşirkətinə məxsus "Boeing-737" sərnişin təyyarəsi Çinin Uçjou dairəsinin Ten rayonunda qəzaya uğrayıb və meşə yanğınına səbəb olub. Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olmaqla, ümumilikdə 132 nəfər olub.


Etiketlər:  Çindəki təyyarə qəzasında saniyəlik müəmma Yeni detallar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ