Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa çempionatı: Boksçumuz gümüş medal qazanıb

Avropa çempionatı: Boksçumuz gümüş medal qazanıb

Tarix: 23 Mart 2022 19:50

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında final görüşlərinə start verilib.

Sonxeber.net bildirir ki, həlledici görüşə vəsiqə qazanan Azərbaycan millisinin iki üzvündən rinqə əvvəlcə Ruslan Qədirov (54 kq) çıxıb.

Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.

Nəticədə, Azərbaycan yığmasının Avropa çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Belə ki, bundan əvvəl Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər. Boksçumuz Nicat Hüseynov (51 kq) isə final görüşünə axşam seansında çıxacaq.


Etiketlər:  Avropa çempionatı Boksçumuz gümüş medal qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ