Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NATO yeni planı işə salıb, Atlantik okeanına qoşun yerləşdirib

NATO yeni planı işə salıb, Atlantik okeanına qoşun yerləşdirib

Tarix: 24 Mart 2022 15:56

NATO müdafiə planlarını aktivləşdirmək barədə qərar qəbul edib.

Milli.Az bildirir ki, bu barədə Alyansın tviter səhifəsində bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında deyib ki, yeni qərar NATO-nu qorumaq məqsədilə verilib.

"NATO müttəfiqlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm nümayiş etdirməyəcək. Biz Alyansı qorumaq üçün müdafiə planlarımızı aktivləşdirmişik, hazırlıqlarımızı gücləndirmişik və Atlantik okeanının hər 2 tərəfinə qoşun yerləşdirmişik", - hərbi ittifaqın lideri vurğulayıb.

Milli.Az


Etiketlər:  NATO yeni planı işə salıb Atlantik okeanına qoşun yerləşdirib


RƏYLƏR