Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 16:40
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağı gözlənilir.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Yeni Delhi şəhərinə olan tur çərçivəsində təşkil edilən mətbuat konfransında deyib.
Konfransda Yeni Delhi şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.
Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Delhi şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin