Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Quba-Xınalıq yolunda qar uçqunu olub

Quba-Xınalıq yolunda qar uçqunu olub

Tarix: 25 Mart 2022 10:36

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Milli.Az report-a istinadən bildirir ki, təbii hadisə yolun 36-cı km-də qeydə alınıb.

Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yol təsərrüfatının bərpası üçün, 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Milli.Az


Etiketlər:  Quba Xınalıq yolunda qar uçqunu olub


RƏYLƏR