Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 17:28
Bakı. Trend:
ABŞ hökuməti Baham adalarında “Dorian” qasırğasından zərər çəkmiş şəxslərə təcili surətdə viza verməyə hazırdır.
Trend-in məlumatına görə, ABŞ-ın Nassaudakı səfirliyi bu ölkəyə təxliyə olmaq istəyən Baham sakinləri üçün təcili viza xidmətlərinə başlayıb.
Bundan başqa, ABŞ Gömrük-Sərhəd Xidmətinin sərhəd məntəqələri Baham vətəndaşlarının keçidi üçün xüsusi rejimə keçməyə hazırlaşır.
Qeyd edək ki, “Dorian” qasırğası ötən həftə Baham adalarında tüğyan edib. Təbiət hadisəsi nəticəsində 43 nəfər həlak olub, 13 min ev dağılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin