Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şolts: ''Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik''

Şolts: ''Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik''

Tarix: 25 Mart 2022 15:52

"Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik".

Milli.Az report-a istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts Brüsseldə NATO sammitindən sonra bildirib.

Şolts atəşkəs çağırışını təkrarlayaraq deyib: "Rusiya liderini Ukraynada atəşkəsi qəbul etməyə və humanitar dəhliz yaratmağa çağırırıq".

Almaniya hökumət başçısı, həmçinin vurğulayıb ki, enerji idxalının sanksiya paketlərinə daxil edilməməsi düşünülmüş qərardır.

Şolts müharibənin təsirlərinin enerji və ərzaq qiymətlərində də özünü göstərdiyini əlavə edib.

Qeyd edək ki, "Böyük Yeddilik" (G7) ölkələri Rusiyaya qarşı sanksiyalara yenidən baxmağa razılaşıblar.

Milli.Az


Etiketlər:  Şolts Lazım gəlsə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ