Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanda şəkərin disbalansı beyinə zərərlidir - Türk kadioloq

Qanda şəkərin disbalansı beyinə zərərlidir - Türk kadioloq

Tarix: 25 Mart 2022 23:33

Qanda şəkərin qeyri-stabil olması, kəskin qalxıb-enməsi ürək və beyin üçün ciddi təhlükə yaradır.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, bunu türkiyəli kadioloq Derya Ulduz açıqlayıb.

O, qeyd edib ki, həddən artıq yüksək və eyni dərəcədə aşağı şəkər beynin toxuması zərər görür, onun funksiyası pozulur, hüceyrələri zədələnir, yaddaş problemləri başlayır.

Qanda şəkərin balansı pozulduqda beyin lazımlı enerjidən məhrum olur.

Nəticədə o degenerasiyaya uğrayır. Balanslı qlükoza beynin neyrotransmitterləri sintezi üçün vacibdir. Beyin qlükoza ilə işləyir.

"O, beynin yanacağıdır. Bütün kimyəvi proseslər şəkərlə idarə olunur. Əgər insan balanslaşdırılmış qidalanmırsa,yaxud şəkər xəstəsidirsə, beyin təhlükə altında qalır. Ona görə qanda şəkərin aclıq vaxtı 4-5 arası, toxluq zamanı isə 6-8 arası olmasını təmin etmək lazımdır. Bundan yüksək və ya az olması beyinə zərərlidir".


Etiketlər:  Qanda şəkərin disbalansı beyinə zərərlidir Türk kadioloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ