Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 12:10
Türkiyədə məktəbdə uşaqların Mustafa Ceceli və Nigar Muharremin dueti olan "Salıncak"ı birlikdə ifa etməsi sosial şəbəkədə gündəm olub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, instaqram, tvitter kimi platformalarda paylaşılan görüntülərdə uşaqlar tənəffüs zamanı sözügedən mahnını ifa etməsi əks olunub.
Onlarla şagirdin ifa və rəqsi qısa müddətdə hər kəsin diqqətini çəkib və yayılmağa başlayıb.
Qeyd edək ki, "Salıncak" iki ayda yutubda 125 milyon baxış toplayıb.