Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Milli Qvardiya Qoşunlarının əməliyyatlarını qiymətləndirib

Putin Milli Qvardiya Qoşunlarının əməliyyatlarını qiymətləndirib

Tarix: 27 Mart 2022 10:32

Prezident Vladimir Putin Rusiya Milli Qvardiyası Qoşunlarının yaranma günü münasibətilə videomüraciətində ölkəsinin Ukraynada hərbi əməliyyatlarda iştirak edən qvardiyasının əməkdaşlarına təşəkkür edib.

Bu barədə Sonxeber.net "Report"a istinadən xəbər verir.

"Bizim böyük ölkəmiz hər birinizlə haqlı olaraq fəxr edir. Mən sizə təşəkkür etmək istəyirəm. Rusiyanın dəyanətinə və qüsursuz xidmətinizə görə təşəkkür edirəm. Vətənə, anda və vəzifəyə sədaqətinə görə. Bir daha əsgərləri və komandirləri təbrik edirəm. Bütün şəxsi heyətin və təbii ki, Rusiya Qvardiyasının veteranlarının peşə bayramı təbrik edirəm. Hamınıza və ailənizə cansağlığı, uğurlar arzulayıram", - Putin əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlarda iştirak edən Rusiya Qvardiyasının əməkdaşları cəsarətli, qətiyyətli və qorxmaz hərəkət edir.

"Bu gün mən Donbas və Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak edən Milli Qvardiya bölmələrinin hərbçiləri və əməkdaşlarına xüsusi və ayrıca müraciət etmək istərdim. Hörmətli yoldaşlar, bəli, real döyüş vəziyyəti riskin artması ilə bağlıdır. Mən yaxşı bilirəm ki, belə bir vəziyyətdə necə davranırsınız", - Putin bildirib.

Rusiya Prezidenti deyib ki, Milli Qvardiya terrorizm və ekstremizmlə mübarizəyə mühüm töhfə verir, digər sahələrdə də mühüm nəticələr əldə edir.


Etiketlər:  Putin Milli Qvardiya Qoşunlarının əməliyyatlarını qiymətləndirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ