Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Donetsk və Luqanskda Ukrayna Ordusunu mühasirəyə almağa cəhd edir - Britaniya MN

Rusiya Donetsk və Luqanskda Ukrayna Ordusunu mühasirəyə almağa cəhd edir - Britaniya MN

Tarix: 27 Mart 2022 13:38

Rusiya Ordusu Donetsk və Luqansk vilayətlərində Ukrayna qüvvələrini mühasirəyə almağa cəhd edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi "Tvitter"-də paylaşım edib.

Qeyd edilib ki, qüvvələrini cəmləşdirən Rusiya Ordusunun Mariupolun cənubundan və Xarkovun şimalından hücuma keçəcəyi gözlənilir. Bu zaman əsas məqsəd Donetsk və Luqansk istiqamətindəki Ukrayna Ordusunun bölmələrini mühasirəyə almaq olacaq.

Ukraynanın şimalında isə Rusiya qüvvələri əsasən mövqelərində qalır, Ukrayna ordusunun bölmələri əks-hücumlarla Rusiya qüvvələrinin yenidən qruplaşmasına mane olmağa cəhd edir.


Etiketlər:  Rusiya Donetsk Luqanskda Ukrayna Ordusunu mühasirəyə almağa cəhd edir Britaniya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ