Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son sutkada koronavirus əleyhinə 10 min vaksin vurulub

Son sutkada koronavirus əleyhinə 10 min vaksin vurulub

Tarix: 27 Mart 2022 18:38

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 095 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 279, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 607 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 405 920, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 321 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 818 792, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 039 383, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 226 356 nəfər təşkil edir.

Milli.Az


Etiketlər:  Son sutkada koronavirus əleyhinə 10 min vaksin vurulub


RƏYLƏR