Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 11:30
"Atam bir aya yaxın idi Mərkəzi Kliniki Xəstəxanada müalicə alırdı".
Sonxeber.net xəbər verir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında dünən dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibov deyib.
"Beyin təzyiqi var idi. Atamı əvvəlcə operativ müalicə etdilər. Özünü yaxşı hiss edirdi. Amma sonradan müalicəsi uğurlu olmadı. Sonradan yeriməyində də problemlər yarandı. Həmçinin yaşına görə də xəstəlikləri var idi. Bu xəstəlikər də onu narahat edirdi. Kiçik beyin insultu və mikro infrakt keçirmişdi", deyə sabiq prezidentin oğlu bildirib.
Zaur Mütəlibov əlavə edib ki, hələlik Ayaz Mütəllibovun dəfni ilə bağlı məlumat gözləyirlər:
"Atamın cənazəsi mənim evimdədir. Dəfni üçün qərar gözləyirik".
Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra - martın 6-da istefa verib.