Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlər Kabineti Ukraynanın hazırkı maliyyə itkilərini açıqladı

Nazirlər Kabineti Ukraynanın hazırkı maliyyə itkilərini açıqladı

Tarix: 28 Mart 2022 15:10

Rusiyanın başlatdığı müharibədən Ukrayna artıq 564,9 milyard dollar itki verib.

Sonxeber.net bildirir ki, bu barədə Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko Facebook səhifəsində məlumat verib.

"564,9 milyard dollar. Bu, Ukraynanın Rusiyanın hücumu nəticəsində birdəfəlik itkiləridir", - o yazıb.

Nazirin sözlərinə görə, onların hesablanmasının ən azı iki üsulu var. Birincisi, bilavasitə məhv edilməsindən itkilərin qiymətləndirilməsi, ikincisi, hərbi əməliyyatların ümumi təsirindən, yəni bütün nəticələrin, o cümlədən ölkədə iqtisadi vəziyyətin pisləşməsi, işsizliyin artması, ticarətin qarşısının alınması, istehlakçı tələbatının azalması ilə bağlı itkilərin hesablanmasıdır, və s.

Sviridenko qeyd edib ki, hazırda infrastruktur itkiləri 119 milyard dollar, ÜDM - 112 milyard dollar, mülki itkilər - 90,5 milyard dollar təşkil edir (bu, 10 milyon kvadratmetr mənzil, 200 min avtomobil, 5 milyon insanın ərzaq təminatıdır).

Bundan başqa, müəssisə və təşkilatlar 80 milyard dollar, büdcə itkiləri 48 milyard dollar, Ukrayna iqtisadiyyatına birbaşa investisiyaların itkiləri isə 54 milyard dollar təşkil edib.

"Qeyd etmək lazımdır ki, rəqəmlər hər gün dəyişir və təəssüf ki, artır. Məhz buna görə də Ukrayna bütün maneələrə baxmayaraq, Rusiyadan kompensasiya ödənişlərini almağa çalışacaq. Həm məhkəmənin qərarı ilə, həm də Rusiya Federasiyasının dondurulmuş aktivlərin dövlətimizə köçürülməsi yolu ilə" , - Sviridenko vurğuladı.

Aslan Məmmədov


Etiketlər:  Nazirlər Kabineti Ukraynanın hazırkı maliyyə itkilərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ