Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lobodanın göz yaşlarını saxta adlandırdı - VİDEO

Lobodanın göz yaşlarını saxta adlandırdı - VİDEO

Tarix: 28 Mart 2022 19:40

Ukraynalı müğənni Andriy Danilko həmkarı Svetlana Lobodanın müharibə ilə bağlı paylaşımlarını tənqid edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o bildirib ki, Rusiyanın ölkəsinə hücumlarından sonra ölkəsini tərk etməyib və belə bir fikri də yoxdur. Andriy müharibə başlayandan sonra sosial şəbəkələrdə emosional müraciətlərlə çağırış edən S.Lobodanın "saxta göz yaşlarını" ələ salıb:

"Ağlamağını görəndə əsəbiləşdim, empatiya yarada bilmədim. Mən bunun saxta olduğunu görürəm. Beşinci pərdəni görəndə bu artıq məni bezdirir. "Bu çəkilişdə necə ağladım? Uşaqlar, gəlin bunu bir daha edək!". Yaxşı, bu nədir? Allah eləsin ki, yanılmışam, amma məndə belə bir hiss var".

O, eyni zamanda, Rusiyanın "Birinci kanal"ının canlı efirində "Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!" yazılan plakatla etiraz edən telekanalın əməkdaşı Marina Ovsyannikovanın hərəkətinə münasibət bildirib:

"Hesab edirəm ki, bu, çox cəsarətli addımdır. Bir saniyədir, amma yenə də cəsarətli olmaq lazımdır".

Danilko sonda Rusiya ilə Ukrayna arasında dostluq münasibətlərinin yenidən bərpa olunacağına, lakin bunun üçün çox zaman ehtiyac olduğunu vurğulayıb.


Etiketlər:  Lobodanın göz yaşlarını saxta adlandırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ