Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kuleba: Türkiyədə bunu müzakirə etməyəcəyik!

Kuleba: Türkiyədə bunu müzakirə etməyəcəyik!

Tarix: 29 Mart 2022 11:04

Ukrayna nümayəndə heyəti Rusiya ilə Türkiyədəki danışıqlarda referendumu müzakirə etmək niyyətində deyil.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

O bildirib ki, referendum məsələsi Ukraynanın daxili işidir:

"Biz özümüz hər hansı referendumun keçirilib-keçirilməyəcəyini müzakirə edəcəyik. Bu, danışıqların predmeti deyil.

Ukrayna prezidenti hər zaman xalqın - ukraynalıların mövqeyini diqqət mərkəzində saxlayır. Bu ay biz milli birlik naminə uzun bir yol qət etmişik. Mən hakimiyyətin xalqın iradəsinə zidd nəsə etməsini istisna edirəm".


Etiketlər:  Kuleba Türkiyədə bunu müzakirə etməyəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ