Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 13:08
Ağstafada baş verən yol qəzasında 2 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində "Mersedec-Sprinter" markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.
Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.