Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO

Tarix: 29 Mart 2022 23:10

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Layihə-Texnoloji və Konstruktor İdarəsinin rəisi Qüdrət Abışov vəfat edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, idarə rəisi ağır xəstəlik nəticəsində 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.T.Abışov 1955-ci ildə Zəngilan rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Yerli Sənaye Texnikumunda təhsil almış, əmək fəaliyyətinə Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin "Tikintimaterialtexniki" trestində başlamış, burada texnik, mühəndis, aparıcı mühəndis, şöbə rəisi, müdir müavini vəzifələrində çalışıb.

O, 1999-cu il dekabrın 30-dan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Layihə-Texnoloji və Konstruktor İdarəsinin rəisi idi.

Milli.Az


Etiketlər:  Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ