Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 23:56
"Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı ilə Vyanada Avstriyanın iş adamları üçün təşkil olunan işgüzar nahar görüşündə iştirak etdik".
Bunları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
"Görüşdə əməkdaşlıq perspektivlərinin müzakirəsi aparıldı və Qarabağ həqiqətləri ilə tanışlıq baş tutub", - Prezidentin köməkçisi əlavə edib.