Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 07:56
ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın liderləri Cozef Bayden, Olaf Şolts, Emmanuel Makron, Boris Conson, Mario Draqi arasında telefon danışığı olub.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Danışıqlarda Ukraynanın Mariupol şəhərində mülki əhalinin humanitar yardıma çıxışının təmin edilməsinin vacibliyini vurğulanıb.
"Liderlər həm Ukrayna daxilində milyonlarla zorakılıq qurbanlarına, həm də digər ölkələrdəki qaçqınlara humanitar yardım göstərmək səylərini nəzərdən keçiriblər", - Ağ Evin bəyanatında deyilir.
Tərəflər, həmçinin Rusiyanın hərbi əməliyyatları kontekstində Ukraynaya təhlükəsizliyinin təmin edilməsinə yardım göstərmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.
Bundan əlavə, onlar Moskvaya qarşı sanksiyaların tətbiqindən sonra enerji bazarında sabitliyin qorunmasını müzakirə ediblər.