Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa ölkələri 40-dan çox rusiyalı diplomatı qovur

Avropa ölkələri 40-dan çox rusiyalı diplomatı qovur

Tarix: 30 Mart 2022 09:44

Niderland və Belçika təxminən 38 rusiyalı diplomatı ölkədən çıxardıqlarını elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Brüsseldən 21, Niderland kralllığındakı Rusiya nümayəndəliyindən isə 17 nəfər kənarlaşdırılacaq.

Bununla yanaşı, İrlandiya hakimiyyəti də Rusiyanın Dublindəki səfirini 4 diplomatın ölkədən çıxarılması barədə xəbərdar edib.

Hər üç ölkədə "arzuolunmaz şəxs"lərin "diplomatik pərdə altında çalışan kəşfiyyatçı" olduqları bildirilib.

Həmçinin, Çexiya da bir rusiyalı diplomatın ölkədən çıxarıldığını elan edib. Heyət üzvünün 72 saat ərzində ölkəni tərk etməli olduğu bildirlib.

Milli.Az


Etiketlər:  Avropa ölkələri 40 dan çox rusiyalı diplomatı qovur


RƏYLƏR