Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aktrisa ana olacaq

Azərbaycanlı aktrisa ana olacaq

Tarix: 30 Mart 2022 19:40

Aktrisa Sabirə Abdullayeva ana olmağa hazırlaşır.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqramda məlumat verib.

O, hamilə fotosunu paylaşaraq "Hər bir qadının nə vaxtsa, belə bir şəkli olmalıdır. Çox gözəl və əvəzolunmaz duyğudur. Məsuliyyətlidir. Arzu edən hər kəsə nəsib olsun!" sözlərini yazıb.

Qeyd edək ki, S.Abdullayeva ötən ilin yayında rejissor Elvin Rüstəmzadə ilə ailə qurub. O, "Anamın kitabı", "Yuxu kimi" seriallarda rol alıb. E.Rüstəmzadə isə "Dalan" filminin, həmçinin, "İfşa - Çətin hədəf", "Simurq quşu" seriallarının rejissorudur.

Milli.Az


Etiketlər:  Azərbaycanlı aktrisa olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ