Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda qapıya əşya ilişdi, qatar gecikdi

Bakı metrosunda qapıya əşya ilişdi, qatar gecikdi

Tarix: 30 Mart 2022 22:18

Bakı metrosunda qatarların hərəkət intervalında ləngimə yaranıb.

"Bakı Metropoliteni" QSC-dən Milli.Az-a verilən məlumata görə, "Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsində idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə müvafiq işarəvermə siqnalı işə düşüb.

"Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb", - məlumatda bildirilir.

Milli.Az


Etiketlər:  Bakı metrosunda qapıya əşya ilişdi qatar gecikdi


RƏYLƏR