Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 07:02
"Mən hər şeyi etmişəm, edirəm və edəcəyəm ki, xalqımız ədalət bərpa olunana qədər özünü müdafiə edə bilsin".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
Zelenski qeyd edib ki, bütün bunlar Ukraynanın ayaqda qalması üçündür:
"Bu gün (30 mart) çox aktiv bir diplomatik günüm oldu. İstəklərimiz bəllidir - Ukraynaya silah, Rusiyaya qarşı yeni sanksiyalar və dövlətimizə maliyyə dəstəyi. ABŞ Prezidenti Baydenlə söhbətim olub. Çox təfərrüatlı, bir saat davam etdi. ABŞ-a yeni 1 milyard dollarlıq humanitar yardım paketi və əlavə 500 milyon dollarlıq birbaşa büdcə dəstəyi üçün təşəkkür etdim. Baydenə Ukraynaya nə lazım olduğunu dedim. ABŞ-ın dəstəyi bizim üçün vacibdir. İndi isə Ukrayna ilə çiyin-çiyinə vermək, demokratik dünyanın bütün gücünü göstərmək xüsusilə vacibdir. Əgər biz birlikdə azadlıq uğrunda mübarizə aparmaq istəyiriksə, o zaman tərəfdaşlarımızdan bunu xahiş edirik. Heç bir mübaliğəsiz Rusiyaya qarşı Vətən Müharibəsi gedir".