Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sanksiya yoxdur, başqa iş axtarın'' - Zelenski bəzi səfirləri geri çağırıb

''Sanksiya yoxdur, başqa iş axtarın'' - Zelenski bəzi səfirləri geri çağırıb

Tarix: 31 Mart 2022 08:06

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Mərakeş və Gürcüstandakı səfirlərini geri çağırıb. Dövlət başçısı "diplomatik cəbhə"ni ölkədəki hərbi əməliyyatlardan heç də az əhəmiyyətli olmadığını qeyd edib.

"Bu gün (dünən-red) mən Ukraynanın Mərakeşdəki səfirinin geri çağırılması ilə bağlı fərman imzaladım. Gürcüstandakı səfirimiz də geri qaytarılıb. Əgər silah, sanksiyalar, Rusiya biznesinin məhdudlaşdırılması yoxdursa, xahiş edirəm, yeni iş axtarın", - Zelenski deyib.

Milli.Az "Report"a istinadən bildirir ki, dövlət başçısı əlavə edib ki, yaxın günlərdə Ukraynanın Latın Amerikası, Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika ölkələrindəki səfirlərinin və hərbi attaşelərinin işindən konkret nəticələr gözləyir.

"Diplomatik cəbhə əsas cəbhələrdən biridir. Və orada hər kəs qalib gəlmək, orduya kömək etmək üçün mümkün qədər səmərəli işləməlidir. Diplomatik cəbhədəki hər kəs döyüş meydanındakı hər bir müdafiəçi kimi ", - Zelenski vurğulayıb.

Xatırladaq ki, Gürcüstan bir çox ölkələrin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməkdən imtina edib. Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətinin bu mövqeyini pisləyib.

Milli.Az


Etiketlər:  Sanksiya yoxdur başqa axtarın Zelenski bəzi səfirləri geri çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ