Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 14:36
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətləri iştirak etməkdə maraqlıdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau martın 31-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini vurğulayıb.
Zbiqnev Rau Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlı olduğunu bildirib.