Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son iki gündə neftin qiyməti 7 % düşüb

Son iki gündə neftin qiyməti 7 % düşüb

Tarix: 1 Aprel 2022 13:52

Dünya bazarında neftin qiyməti ardıcıl ikinci gün eniş nümayiş etdirərək, ümumilikdə, təxminən, 7% düşüb. Buna ABŞ-ın strateji ehtiyatlardan gündəlik 1 milyon barel istifadə edə biləcəyi haqqında xəbərlər səbəb olub.

Sonxeber.net "report"-a istinadən bildirir ki, Şimal dənizində hasil olunan "Brent" neftinin iyun fyuçersləri 0,11% ucuzlaşaraq, 1 bareli 104,59 ABŞ dollarına satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə 0,4% aşağı düşərək, 1 bareli 99,89 ABŞ dolları təşkil edib.

Bununla belə, treyderlər bunu qiymətlərin yaz artımını minimuma endirməyə yönəlmiş müvəqqəti tədbir hesab edirlər.

İnvestorlar, həmçinin Ukrayna ətrafında cərəyan edən geosiyasi vəziyyəti izləyir, Rusiya əleyhinə sanksiyaların dünya iqtisadiyyatına təsir risklərini qiymətləndirirlər.


Etiketlər:  gündə neftin qiyməti düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ