Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 12:38
"S-300" favorit zenit-raket komplekslərinin Azərbaycana tədarükü zamanı mənə qarşı hədələr olmuşdu. Hətta demişdilər ki, bu kompleksləri Azərbaycana tədarük edərkən partladacaqlar".
Bunu "Xəzər Xəbər"ə açıqlamasında Rusiyada S-300, eləcə də S-400 raketlərinin konstruktoru olan, eləcə də onları istehsal edən müəssisənin rəhbəri olmuş əslən azərbaycanlı, tanınmış alim İqor Aşurbəyli deyib. O, Azərbaycanın Qarabağdakı zəfərindən də danışıb.
"Azərbaycanın Vətən savaşındakı zəfəri sonuncu qələbə deyil. Bu qələbələrin ardı var". Bunu Rusiyada yaşayan məşhur azərbaycanlı alim, Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri İqor Aşurbəyli Bakıda "XəzərXəbər"ə açıqlamasında deyib. İqor Aşurbəyli Azərbaycanın Vətən müharibəsindəki qələbəsini böyük sevinclə qarşıladığını bildirib.
İqor Aşurbəyli hazırda Azərbaycanın hava məkanının təhlükəsizliyinin zəmanətçisi olan "favorit" zenit raket komplekslərinin hazırlanmasından və Bakıya tədarük olunmasındakı rolundan danışıb. Məşhur alim həmin ərəfədə qarşılaşdığı təhdidləri açıqlayıb...
İqor Aşurbəyli Vətən Müharibəsi dönəmində Rusiyada anti-Azərbaycan meyllərinin nə dərəcədə olduğuna da diqqət çəkib.
Onu da qeyd edək ki, İqor Aşurbəyli 2018-ci ildə yaradılan dünyada ilk kosmik ölkə olan Asqardiyanın da qurucusudur. Bu ölkənin hazırda 300 mindən çox vətəndaşı var. Sonuncu dəfə Bakıya 2 il öncə gələn İqor Aşurbəyli uzun müddətdir ki, İçərişəhərdə Aşurxan adlı tarixi bir muzeyin ərsəyə gətirilməsi ilə də məşğuldur. Onu da qeyd edək ki, İqor Aşurbəyli 1963-cü ildə Bakıda tanınmış Aşurbəyovlar nəslinə mənsub ailədə anadan olub və orta məktəbi qızıl medalla bitirib. 1990-cı illərin əvvəllərində Rusiyaya köçən İqor Aşurbəyli bu ölkədə bir sıra tanınmış elmi-müəssisələrdə rəhbər vəzifələrdə çalışıb, bir sıra elmi-ictimai təşkilatların isə təsisçisi olub.