Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi” məğlubiyyətdən son anda qurtuldu

“Neftçi” məğlubiyyətdən son anda qurtuldu

Tarix: 3 Aprel 2022 19:24

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə "Qəbələ" doğma meydanda "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qapanış matçında isə lider "Qarabağ"ın iki əsas izləyicisi - "Neftçi" və "Zirə" komandaları üz-üzə gəlib. Bu görüşdə də "Neftçi" "Zirə"yə məğlubiyyətdən son anda xilas ola bilib.

İlk oyun günündə "Qarabağ" doğma meydanda "Səbail"ə 5:1 qalib gəlibsə, "Sabah" "Sumqayıt"ı səfərdə 3:0 hesabıyla yenib.

Azərbaycan Premyer Liqası
21-ci tur
3 aprel

"Qəbələ" - "Keşlə" 1:1
Qol: O.Hani, 47 - M.Giqauri, 32.
Qırmızı vərəqə: T.Quliyev, 51.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 4. Ruan Renato, 24. Patrik Robson, 12. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 9. Natan Oduva, 13. Pərviz Azadov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Tural Axundov, 29. Amil Yunanov, 6. Franko Flores, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov.
Baş məşqçi: Sənan Qurbanov.

"Neftçi" - "Zirə" 1:1
Qol: T.Bezerra, 90+6-pen - A.Ayzaya, 88.
Qırmızı vərəqə: E.İsrafilov, 77 (ikinci sarı) - C.Diniyev, 59 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. "Bakcell Arena", 17:15.

Neftçi: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 24. Yusuf Laval, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov (k).
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Milli.Az


Etiketlər:  Neftçi məğlubiyyətdən son anda qurtuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ