Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konte hamıdan çox qazanır - Siyahı

Konte hamıdan çox qazanır - Siyahı

Tarix: 11 Sentyabr 2019 16:48

İtaliyanın “La Gazetta Dello Sport” nəşri A Seriyasında ən çox qazanan baş məşqçilərin adlarını açıqlayıb.

Qol.az xəbər verir ki, “İnter”in çalışdırıcısı Antonio Konte ən yüksək ödənişli baş məşqçidir. 50 yaşlı mütəxəssis illik 11 milyon avro maaş alır. İkinci sırada yer alan “Yuventus”u çalışdıran Mauritsio Sarri Kontedən iki dəfə az qazanır - 5,5 milyon avro.

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti isə 5 milyon avro məvaciblə 3-cü sıradadır.


1. Antonio Konte ("İnter") – 11 milyon avro

2. Mauritsio Sarri ("Yuventus") – 5,5

3. Karlo Ançelotti ("Napoli") – 5

4. Sinişa Mihayloviç ("Bolonya") – 3

5. Paulo Fonseka ("Roma") – 3

6. Canpyero Qasperini ("Atalanta") – 2,5

7. Marko Campaolo ("Milan") – 2

8. Simone İnzaqi ("Latsio") – 2

9. Eusebio Di Françesko ("Sampdoriya") – 1,8

10. Valter Matssari ("Torino") – 1,8

 


Etiketlər:  Konte hamıdan çox qazanır Siyahı

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ