Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Diyeta və stress qadının hamilə qalmasına əngəldir - Həkimlər

Diyeta və stress qadının hamilə qalmasına əngəldir - Həkimlər

Tarix: 3 Aprel 2022 21:03

Müasir qızların arıqlamaq üçün tətbiq etdiyi dəbli diyetalar, zəif qidalanma tərzi, eləcə də stress onların normal hamilə qalıb, sağlam uşaq dünyaya gətirməsinə mane olur.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bunu ginekoloq Dayva Pikauskayte bildirib.

Ailə qurmazdan öncə və hamiləlik planladıqda diyetalardan və stresdən uzaq durmaq lazımdır.

"Stress, gərginlik, əsəb menstrual tsikli pozur, hormonal disbalans yaradır, hətta amenoreya - menstruasiyanın tam itməsinə səbəb ola bilər.

Nəticədə menstruasiya müddəti dəyişir, yumurta hüceyrə yetişmir.

Artıq çəki, piylənmə, eləcə də həddən artıq arıqlıq da hamiləliyə mane olur.

Mono və ketodietalar, su diyetası, zəif qidalanmaq, vitamin, mineral, zülal defisiti də yumurtalıqların fəaliyyətini pozur.

Əgər menstruasiya 1-2 həftə gecikirsə, mütləq hormon analizləri verilməlidir.

Qadınlar hamiləlikdən öncə sağlam, zəngin və vitaminlə zəngin yeməklər yeməli, maqniy preparatı qəbul etməli, qanazlığı aradan qaldırılmalı, gündə 1 saat gəzməli, D vitamini qəbul etməlidir. Yalnız bundan sonra hamiləlik barədə düşünmək lazımdır".

Milli.Az


Etiketlər:  Diyeta stress qadının hamilə qalmasına əngəldir Həkimlər


RƏYLƏR