Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 09:10
Məşhur ukraynalı musiqiçi və bəstəkar Maks Barskix Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmətə başladığını bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sənətçi bildirib ki, qarşıda onu iki həftəlik hərbi məşğələlər gözləyir.
"Dostlar, hər kəsə salam. Sabahdan etibarən hərbi məşqlərə başlayıram. Bunu Kim təsəvvür edə bilərdi? Bir ay əvvəl əlimdə sadəcə mikrofon var idi, indi isə... Zaman dəyişir", - deyə Maks Barskix qeyd edib.
Daha əvvəl isə Maks Barskix bildirib ki, o, mahnılarının Rusiya Federasiyası ərazisində səsləndirilməsini qadağan edir və Rusiya şirkətləri ilə müqavilələri pozur.
Müğənni Rusiyadakı bütün konsertlərini də ləğv edib.