Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda qazdan istifadə qaydalarında dəyişikliklər edilib

Azərbaycanda qazdan istifadə qaydalarında dəyişikliklər edilib

Tarix: 4 Aprel 2022 19:28

Nazirlər Kabineti "Qazdan istifadə Qaydaları"na dəyişiklik edib.

Bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, qaz qurğularına texniki baxış üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib. Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi sənədlərlə yanaşı, ərizə də təqdim edilməlidir.

Bundan əlavə, həmin qaydalar edilən əlavəyə görə, Enerji Məsələləri Tənzimlənmə Agentliyinə sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə etmək səlahiyyəti verilib.

Bu mümkün olmadığı halda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.


Etiketlər:  Azərbaycanda qazdan istifadə qaydalarında dəyişikliklər edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ