Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2022 23:14
Türkiyədə yayımlanan məşhur "İşte benim stilim" proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) gecə klubunda baş verən hadisədən danışıb.
Sonxeber.net xəbər verir ki, oxu.az-a açıqlama verən model bildirib ki, onun həyatını tanımadığı bir nəfər xilas edib:
"Rəfiqələrimlə idim. Qəfil partlayış səsi gəldi, hər yer silkələndi. Qışqırıq səslərindən vahiməyə düşdüm. Sonra klubun beton dirəyi üstümə aşdı. Gördüm ki, saçlarım yanır. Tanımadığım bir oğlan məni xilas etməsə yanıb öləcəkdim".
O həmçinin rəfiqəsi Ayselə (bloger Aysel Şükürova) görə stres keçirdiyini bildirib:
"Ayselə görə çox stres keçirdim. Elə bildim qalıb içəridə. Birinci məni xəstəxanaya gətirdilər. Onunla xəstəxanada görüşdüm, çox sevindim onu görəndə. O da elə bilib mən içəridə qalıb ölmüşəm".
Model səhhətindən də söz açıb:
"Hazırda nisbətən yaxşıyam. Çantam, əşyalarım, pulum orada yandı, telefonum partladı. İndi xəstəxanadayam".