Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa çempionu olan Azərbaycan güləşçiləri Bakıya qayıdıb - FOTO

Avropa çempionu olan Azərbaycan güləşçiləri Bakıya qayıdıb - FOTO

Tarix: 5 Aprel 2022 07:42

Azərbaycanın Avropa çempionu olmuş yunan-Roma güləşi üzrə milli komandası Vətənə qayıdıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları, güləşçilərin yaxınları qarşılayıblar.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Avropa çempionatında ümumi hesabda 165 xalla 1-ci yeri tutub. Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub.

Bundan başqa, Azərbaycan yığması medal sayında da hamını üstələyib. Avropa çempionatında 8 medal qazanan komandanı Türkiyə 7, Gürcüstan 5 medalla təqib edib.

Medal əyarında isə 1-ci yeri 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Türkiyə tutub. Azərbaycan millisi 2 qızıl, 1 gümüş, 5 bürünc medalla 2-ci, Gürcüstan 1 qızıl, 3 gümüş, 1 bürünc medalla 3-cü olub.

Qeyd edək ki, yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.

Ümumilikdə isə Azərbaycan komandaları Avropa çempionatında 16 medal əldə edib.

Milli.Az


Etiketlər:  Avropa çempionu olan Azərbaycan güləşçiləri Bakıya qayıdıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ