Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliya 30, Danimarka isə 15 Rusiya diplomatını qovub

İtaliya 30, Danimarka isə 15 Rusiya diplomatını qovub

Tarix: 5 Aprel 2022 13:56

İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, rəsmi Romanın addımına cavab olaraq müvafiq tədbirlər görüləcək.

Danimarka hökuməti də Rusiyanın 15 diplomatını persona non-qrata elan edib.

Bu barədə Danimarkanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-dən bildirilib ki, bu, tarixi addımdır: "Biz bunu bir çox Avropa ölkələri ilə birlikdə edirik. Çünki təhlükəsizliyimizi təmin etmək istəyirik".

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Danimarkanın addımına münasibət bildirib. O deyib ki, bu ölkənin Rusiyadakı diplomatik nümayəndəlikləri barədə oxşar tədbirlər görüləcək.

İtaliyanın "Corriere della Sera" qəzeti isə diplomatik mənbələrə istinadən yazır ki, rəsmi Roma Rusiyanın onlarla diplomatını ölkədən çıxarmaq niyyətindədir. Məlumata görə, həmin diplomatlaırn siyahısı hazırdır.

Qeyd edək ki, əvvəllər də digər Avropa ölkələri oxşar addımlar atmışdı.

Milli.Az


Etiketlər:  İtaliya 30 Danimarka isə 15 Rusiya diplomatını qovub


RƏYLƏR