Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mariupolda uşaq xəstəxanasının partladılması zamanı onlarla insan yanaraq ölüb

Mariupolda uşaq xəstəxanasının partladılması zamanı onlarla insan yanaraq ölüb

Tarix: 6 Aprel 2022 23:38

Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri tərəfindən uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Mariupol Şəhər Şurası teleqramda məlumat yayıb.

"Bu, Mariupolun mülki əhalisinin məqsədyönlü şəkildə məhv edilməsinin bir nümunəsidir", - məlumatda deyilir.

Şəhər meri Vadim Boyçenko bildirib ki, yaxın vaxtlara qədər inkişafın simvolu olan Mariupol indi demək olar ki, tamamilə dağıdılıb. O cümlədən, şəhər infrastrukturunun 90%-dən çoxu yerlə-yeksan edilib.

Hazırda Mariupol Şəhər Şurası kommunal və şəxsi mülkiyyətin dağıdılması faktlarını qeydə alan komissiya yaradıb. Bu günə kimi 300-dən çox belə fakt aşkarlanıb.

İlkin hesablamalara görə, blokada ərzində Mariupolda 5 min insan həlak olub, onlardan təxminən 210-u uşaqdır.

Milli.Az


Etiketlər:  Mariupolda uşaq xəstəxanasının partladılması zamanı onlarla insan yanaraq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ