Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada müəyyən sosial xərclər müvəqqəti azaldılacaq

Ukraynada müəyyən sosial xərclər müvəqqəti  azaldılacaq

Tarix: 7 Aprel 2022 08:38

2022-ci ilin ikinci rübündə dövlət büdcəsinin əhəmiyyətli dərəcədə aşağı icrası gözlənilir və may ayından başlayaraq müəyyən sosial xərclərin müvəqqəti azaldılması ehtimalı var.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetinin üzvləri və dövlət başçısı aparatının nümayəndələri ilə cari ilin dövlət büdcəsinin icrası və Rusiya ilə ticarətə embarqonun tətbiqi ilə bağlı müşavirə keçirib.

Baş nazir Denis Şmıqalın dediyinə görə, birinci rübdə dövlət büdcəsi 110% icra olunub. Buna cari ilin ilk iki ayının yekunları və avans vergi daxilolmaları təsir edib. O bildirib ki, ikinci rübdə Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar Ukraynanın dövlət büdcəsinin əhəmiyyətli dərəcədə aşağı icrası proqnozlaşdırılır.

İclas iştirakçıları xəzinənin doldurulmasının mümkün mənbələrini - donor yardımı, BVF-nin xüsusi kredit hüququ və s. müzakirə ediblər.

Hadisələrin xoşagəlməz inkişafı halında may ayından etibarən müəyyən sosial xərclərin müvəqqəti azaldılmasının mümkünlüyü nəzərdən keçirilir.

Milli.Az


Etiketlər:  Ukraynada müəyyən sosial xərclər müvəqqəti azaldılacaq


RƏYLƏR