Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahmatçımız FİDE bayrağı altında oynamaqdan imtina edib

Şahmatçımız FİDE bayrağı altında oynamaqdan imtina edib

Tarix: 7 Aprel 2022 09:50

Azərbaycan şahmatçısı Rauf Məmmədov FİDE bayrağı altında yarışlarda iştirakdan imtina edib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 34 yaşlı qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb.

Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FİDE rəhbərliyinin hadisələrə mövqeyinə etirazını feysbuk səhifəsində açıqlayıb: "Söz verirəm ki, FİDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!".

Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.


Etiketlər:  Şahmatçımız FİDE bayrağı altında oynamaqdan imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ