Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir gündə Xarkova 48 zərbə endirilib - Sinegubov

Bir gündə Xarkova 48 zərbə endirilib - Sinegubov

Tarix: 7 Aprel 2022 16:06

Rus qoşunları bir gündə Xarkova çoxsaylı reaktiv yaylım atəşi, artilleriya və minaatanlardan 48 hücum həyata keçiriblər.

Milli.Az bildirir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da yazıb.

"Rusiya Xarkovun dinc əhalisinə təzyiq göstərməkdə və mülki infrastrukturu məhv etməkdə davam edir. Düşmən gün ərzində çoxsaylı reaktiv sistemlərdən, artilleriya və minaatanlardan 48 zərbə endirib", - Sinegubov bildirib.

O qeyd edib ki, dünən Balakleyada baş verən atəş nəticəsində 3 nəfər həlak olub, çoxlu sayda ev dağılıb.

"Ruslar gecə saatlarında Lozovayaya raket zərbələri endiriblər, xəsarət alan olmayıb. Nəzərinizə çatdırım ki, Lozovaya və Barvenkovoda biz əhalinin evakuasiyasına çağırırıq. Artıq 15 min vətəndaş oranı tərk edə bilib", - Sinegubov bildirib.

Onun sözlərinə görə, indi ruslar Xarkovdan şərq istiqamətində cəmləşirlər.

"Rusların dəmir yolundan istifadə etdiyi İzyum və Kupyansk istiqamətlərində bütün manevrlərdən və güc toplanmasından xəbərdarıq. Silahlı Qüvvələrimiz hər zaman müdafiəyə hazırdır və mövqelərini saxlayır!", - deyə o bildirib.

Xarkov və bölgə ictimaiyyətinə humanitar yardımın göstərilməsi də davam edir.

"Şəhər sakinləri hər gün "Novaya Poçta" və "Ukrpoçta"nın ofislərində pulsuz yemək ala bilərlər. Könüllülər həmçinin regional humanitar qərargahdan ünvanlı yardımlar çatdırırlar", - o əlavə edib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Bir gündə Xarkova 48 zərbə endirilib Sinegubov


RƏYLƏR