Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peskov Ukrayna müharibəsinin məqsədindən danışıb

Peskov Ukrayna müharibəsinin məqsədindən danışıb

Tarix: 7 Aprel 2022 21:58

"Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərindən biri üçüncü dünya müharibəsi təhlükəsinin, o cümlədən nüvə silahına malik NATO ölkələrinə qarşı təhlükənin qarşısını almaqdır".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "SkyNews"a müsahibəsində verib.

"Təsəvvür edin ki, NATO üzvü olan Ukrayna Krımın geri qaytarılması üçün Rusiyaya hücum edir. NATO-nun Nizamnaməsinin 5-ci maddəsini tətbiq edərək, nüvə silahına malik olan Alyans ölkələri Ukraynanı müdafiə etməli olacaq ki, bu da Üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Hazırda görülən işlər bizi belə bir müharibənin potensial təhlükəsindən qoruyur",-deyə Peskov bildirib.

Bundan əvvəl Peskov Mariupolun Ukrayna hərbçilərindən azad ediləcəyini bildirib.


Etiketlər:  Peskov Ukrayna müharibəsinin məqsədindən danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ