Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 09:18
Erməni əsilli amerikalı müğənni, "System of a Down" qrupunun üzvü Serj Tankyanın uğursuz tviti qalmaqala səbəb olub.
Sonxeber.net bildirir ki, əslən Livan ermənisi olan 55 yaşlı amerikalı S.Tankyan Qərbdən ölkənin silahla təmin olunması üçün "Rusiyadan Ermənistana hücum etməyi tələb edin" xahişini irəli sürüb.
"Biz Rusiyanı Ermənistana hücum etməyə inandırmalıyıq ki, bəlkə Qərb Azərbaycan və Türkiyə ilə döyüşmək üçün bizə silah və pul versin", - S.Tankyan Twitter-dəki profilində yazıb.
Bu sözlər Ukrayna və digər ölkələrdən olan bir çox istifadəçilərin hiddətinə səbəb olub.