Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roluna görə villasını sata bilmir

Roluna görə villasını sata bilmir

Tarix: 8 Aprel 2022 20:08

Komediya aktyoru Şafak Sezer İstanbuldakı 3 mərtəbəli villasını 25 milyon TL-yə satışa çıxarıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, lakin o, roluna görə villaya alıcı tapa bilmədiyini bildirib. Ş. Sezer bunun səbəbini "Kolpaçino" filmində daşınmaz əmlakla məşğul olan "Özgür" obrazı ilə əlaqələndirib:

"Evi təxminən 1,5 - 2 ildir satışa çıxarmışam, amma filmdəki daşınmaz əmlak agenti obrazıma görə məni ciddiyə almırlar".

7 otaq 2 zaldan ibarət evin lifti və hovuzu var. Mənzilin kinoteatr, diskoteka və karaoke zalı da mövcuddur. 

Hündür tavanı ilə diqqət çəkən villa 2020-ci ildə 9 milyon TL-yə satışa çıxarılıb.

Milli.Az


Etiketlər:  Roluna görə villasını sata bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ