Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Öpüşmə səhnələrinə çəkilmirəm demişdim, amma dünyagörüşüm artdıqca ...'' - VİDEO

''Öpüşmə səhnələrinə çəkilmirəm demişdim, amma dünyagörüşüm artdıqca ...''  - VİDEO

Tarix: 9 Aprel 2022 02:25

Məşhur türk aktrisa Pınar Deniz səmimi açıqlamalar verib.    

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, "L'Officiel Türkiye" jurnalının "YouTube" kanalında qonaq olan Pınar Dəniz haqqında bilinməyənləri danışıb.   

Ərəb əsilli ailədən olan 28 yaşlı aktrisa uşaqlıq illərindən bəhs edib:  

"İbtidai sinifə qədər türkcə bilmirdim, ərəbcə danışırdım. Anama "mama" deyirdim. Dostlarımın arasında utanmamaq üçün anamı küçədən çağırmaq əvəzinə, 5-ci mərtəbədəki evimizə çıxırdım".   

O, "Türkan Şoray prinsipləriniz varmı?" sualını da cavablandırıb.   

"Mən bu sənətə ilk başlayanda "öpüşmə səhnələrinə çəkilmirəm" demişdim. Amma insan oxuduqca, dünyagörüşü artdıqca özünə belə bir hədd qoymur", - deyə Deniz qeyd edib.   

Eşq həyatından da danışan Pınar Deniz pis bitən münasibətinin olmadığını söyləyib:   

"Bütün münasibətlərimi saf yerdən qururam. İnanıram ki, bu hissləri yaşamaq üçün həyata gəlmişik. Sevgi başlayanda gözəl olmalıdır, amma bitəndə yaxşı bitməlidir. Söhbət bu münasibəti necə yaşadığından gedir. Mənim üçün pis bitən münasibətim yoxdur, amma təbii ki, üzülürsən. Lakin yaş artdıqca münasibətlər daha ağrısız bitir".  

Qeyd edək ki, Pınar Deniz qısa müddət əvvəl sevgili olduğu aktyor Yiğit Kirazcıdan ayrılıb. 

Milli.Az


Etiketlər:  Öpüşmə səhnələrinə çəkilmirəm demişdim amma dünyagörüşüm artdıqca VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ