Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 08:12
Ukrayna hərbçiləri Rusiyanın daha dörd tankını və bir helikopterini vurub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə "Vostok" əməliyyat-taktiki qrupunun feysbuk səhifəsində bildirilir.
"50 nəfərə qədər şəxsi heyət, 4 tank, 1 piyadaların döyüş maşını, 1 zirehli döyüş maşını, 3 artilleriya sistemi, 1 helikopter məhv edilib", - məlumatda deyilir.
UNİAN-ın məlumatına qədər, aprelin 8-nə qədər Ukrayna qırıcıları 19 minə yaxın rus hərbçisini məhv edib. Bundan əlavə, 700 tank və 2 minə yaxın zirehli döyüş maşını vurulub.