Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 18:50
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel təmsil etdiyi qurumun Ukraynadakı müharibə ilə bağlı görəcəyi işlərin siyahısını açıqlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
"Mən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşümdə onun dözümlülüyünü və qətiyyətini xüsusi vurğuladım. Bu müharibə döyüş meydanında bitəcək və Ukrayna qalib gələcək. Bunun üçün Ukraynaya əlavə 500 milyon avro yardım ayrılır. Silahların tədürükü Ukraynanın ehtiyaclarına uyğunlaşdırılacaq. Rusiyaya təzyiqləri artırmağa davam edəcəyik. Biz artıq böyük sanksiyalar tətbiq etmişik. Lakin neft də daxil olmaqla enerji sektorunda daha çox iş görülməlidir", - Ali nümayəndə bildirib.
J.Borrelin sözlərinə görə, Avropa İttifaqının Xarici Əlaqələr Şurası növbəti addımları müzakirə etmək üçün bazar ertəsi toplanacaq.