Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dünya üçün kritik vəziyyət yaranacaq” - FOTO

“Dünya üçün kritik vəziyyət yaranacaq” - FOTO

Tarix: 9 Aprel 2022 20:08

Türkiyə Bosfor boğazı yaxınlığında sürüşən minalara görə baş verəcək böyük fəlakət haqda xəbərdarlıq edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin təqaüdçü kontr-admiralı Cihat Yaycı bu barədə açıqlama verib:

"Bu minalardan biri boğaza düşsə, insanların ölümünə, fəlakətə gətirib çıxaracaq. Nəzərə alsaq ki, dünyaya xam neftin 2,5 faizi bizdən ötürülür, dünya üçün kritik vəziyyət yaranacaq".

Onun sözlərinə görə, minaların Ukrayna tərəfdən dənizə atıldığı açıq-aydın görünür.

Milli.Az


Etiketlər:  Dünya üçün kritik vəziyyət yaranacaq FOTO


RƏYLƏR