Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair onlayn tədbir keçiriləcək

Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair onlayn tədbir keçiriləcək

Tarix: 30 Aprel 2019 17:18

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mayın 2-də sahibkarlar üçün növbəti onlayn maarifləndirici tədbir keçiriləcək.

KOBİA-dan Trend-ə verilən məlumata görə, bu dəfəki maarifləndirici tədbir sahibkarların maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə həsr olunacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilməklə təşkil olunacaq onlayn tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Banklar Assosiasiyası, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri sahibkarların suallarını cavablandıracaqdır.

Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompüter və mobil telefondan istifadə olunmaqla) qoşulmaq mümkündür.

Onlayn tədbir KOBİA-nın Facebook səhifəsi vasitəsilə birbaşa yayımlanacaqdır.

KOBİA-nın Bakı, Sumqayıt və Gəncə şəhərləri, Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

Onlayn maarifləndirici tədbirə qoşulmaq üçün daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/sahibkarlar-ucun-maliyy-resurslarina-cixis-imkanlarina-dair-onlayn-tdbir-kecirilck

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair onlayn tədbir keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ