Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qanda şəkəri salan ən sadə məhsul. Hər evdə var!

Qanda şəkəri salan ən sadə məhsul. Hər evdə var!

Tarix: 9 Aprel 2022 23:45

Diabetes UK (Böyük Britaniya) təşkilatının nümayəndələri bildiriblər ki, yağlı qatıq 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlər üçün ən faydalı super-məhsuldur.

Qatığın müntəzəm istehlakı qanda şəkərin səviyyəsini tənzimləməyə yardım edir.

Şəkərli diabet bütün dünyada ən yayılmış xəstəliklərdən biridir. Yalnız Böyük Britaniyada diabetdən 4 milyon (!) insan əziyyət çəkir və onlardan 90%-nə məhz 2-ci tip şəkərli diabet diaqnozu qoyulub.

Sağlamolun.az Express Health nəşrinə istinadla bildirir ki, alimlərin müşahidələrinə görə "gündəlik rasionda bəzi dəyişikliklər etməklə qanda şəkərin səviyyəsini uğurla kontrol etmək mümkündür. Belə dəyişikliklərdən ən sadəsi gündəlik qidalanmaya qatığı əlavə etməkdir".

Mütəxəssislər şəkərli diabetdən əziyyət çəkənlərə qatığı səhər yeməyi zamanı istehlak etməyi tövsiyə edirlər. 

Milli.Az


Etiketlər:  Qanda şəkəri salan ən sadə məhsul Hər evdə var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ