Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2022 17:15
Pediatr Dinara Bedretdinova uşaqlarda mövsümi xəstəliklərin qarşısının alınması üçün lazımi tədbirləri sadalayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o bildirib ki, ilk növbədə uşağın olduğu otaqda hava isti və quru olmamalıdır.
"Təmiz hava nəfəs almağı asanlaşdırır, orqanizmi oksigenləşdirir və havada virusların konsentrasiyasını azaldır. Ağız və burunun selikli qişasının vəziyyətini normal saxlamaq üçün otaqda rütubət 40-60 faiz, havanın temperaturu isə 22-24 dərəcə olmalıdır. İsti otaqda uşaqlar tərləyir, susuzluq baş verir, selikli qişalar quruyur", - deyə həkim izah edib.
Pediatr vurğulayıb ki, soyuqdəymənin qarşısını almaq üçün uşağa bol maye vermək lazımdır.
Həmçinin, mütəxəssis aktiv həyat tərzi keçirməyi tövsiyə edib.
"Gündəlik gəzintilər, çimmək, düzgün qidalanmaq. Kifayət qədər təzə meyvə, tərəvəz və protein qəbul etmək, "fast food" və zərərli karbohidratları rasioandan çıxarmaq arzuediləndir. Normal yuxu və idman da sağlamlıq üçün vacibdir. Həmçinin, ictimai yerləri ziyarət etdikdən və gəzintidən sonra əllərin və üzün müntəzəm yuyulmasına önəm vermək lazımdır", - deyə həkim əlavə edib.